11 yan 13:26region

Rusiya açıqladı: AŞPA-ya getmirik

Rusiya açıqladı: AŞPA-ya getmirikRusiya Avropa Şurası Parlament Assambleyasının işində iştirak etməyəcək.

Axar.az xəbər verir ki, Federasiya Şurasının AŞPA-dakı nümayəndə heyətinin üzvü Aleksey Aleksandrov AŞPA milli nümayəndə heyətlərinə qarşı ayrı-seçkiliyin yolverilməzliyinə dair qanun qəbul etməyənə qədər vəziyyətin belə davam edəcəyini bildirib:

“Bu məsələdə AŞPA-nın mövqeyi əsasdır və əgər Assambleyanın qaydalarına müvafiq dəyişikliklər edilsə, Rusiya bu struktur çərçivəsində öz işini davam etdirməyə hazırdır. AŞPA-nın işində müsbət dəyişikliklər olunana qədər Rusiya Assambleyanın işinə qatılmaqdan imtina edəcək. AŞPA prinsipial olaraq hələ də belə bir qərar qəbul etmir, çünki bu, Rusiyaya təzyiq göstərən ümumi sanksiyalar siyasətini poza bilər”.
loading...
XƏBƏR LENTİ
21-05-2018, 21:24