08 yan 11:53region

Türkiyə, yenidən Qərb siyasətinə qayıdır...

Türkiyə, yenidən Qərb siyasətinə qayıdır...Məhəmməd Əsədullazadə
politoloq

Yaxın Şərqdə və Türkiyə ətrafında dəriləşən geosiyasi proseslər beynəlxalq konyukturada ziddiyətlər fonunda rəsmi Ankaranın Qərblə siyasi münasibətlərin normallaşdırmasına istiqamətləndirdi.

ABŞ generalının Ankaraya səfərindən sonra, Türkiyəyə qarşı viza qadağasını ləğv etməsi, Türkiyə ilə ABŞ arasında buzların əridilməsinə hesablanıb. Viza qadağasının aradan qaldırılması, Ağ Evdən fərqli olaraq, Pentaqonun rəsmi Ankaraya verdiyi dəstəyin nümunəsi kimi baxmaq lazımdır. Baxmayaraq ki, Türkiyə ilə Rusiya arasında "S-400" raket komplekslərinin alınması barədə müqavilə imzanlandı. Pentaqon Türkiyə ilə hərbi-siyasi əlaqələrə önəm verir. Ona görədə Rusiya ilə Türkiyə arasında hərbi-texniki sazişə rəğmən, ABŞ Türkiyə ilə siyasi-strateji əlaqələrə önəm verir. Çünki, Türkiyənin Rusiyanın orbitinə yaxınlaşması Yaxın Şərqdə ABŞ-ın mövqelərini zəiflədə bilər.

Səudiyyə Ərəbistanı, İordaniya və Misirdən fərqli olaraq, Türkiyə regional gücdü və bəlli hədəfləri alır. ABŞ-ın Türkiyəsiz Yaxın Şərqdə siyasəti fiaskoya uğrayıb. İraqda və Suriyada bunun şahidi oluruq.

Rəsmi Ankara artıq Almaniya və Fransa kimi Avropanın aparıcı dövlətləri ilə də münasibətləri normallaşması istiqamətində siyasi addımlar atır. Qeyd edim ki, 16 İyul hərbi çevriliş cəhdindən sonra, Almaniya ilə Türkiyə arasında çox ciddi siyasi skandal yaşandı. İki ölkə arasında qarşlıqlı iddihamlar Almaniyanın Türkiyənin terrorçu adlandırdığı şəxslərə siyasi sığınacaq verməsi əlaqlərin qrılma nöqtəsinə yaxınlaşdırırdı.
Rəsmi Berlinin son günlərdə Türkiyə qarşı siyasətində korrektlərindən sonra, Türkiyə də eyni mövqeyi sərgilədi.

Qeyd edək ki, AKP rəhbərliyinin xarici siyasətində müəyyən düzəlişləri, Qərblə əlaqələrin inkişafı üçün edilən səfərlər Türkiyənin xarici siyasətində korrektlərindən xəbər verir. Çünki, AKP hakimiytinin yürütdüyü xarici siyasət, bir başa Türkiyənin oturuşmuş strateji xarici pioritetlərinə ziddi iddi.
Xarici işlər naziri Mövlud Çavuşoğlunun Almaniya səfəri ardınca, prezident R.T.Ərdoğanın Fransaya rəsmi səfəri Aropanın iki aparıcı ölkəsi ilə problemlərə son vermək üçün uğurlu bir siyasi strateji əhəmiyyətli səfərdi. Hər iki ölkə NATO çərçivəsində Türkiyə ilə müttəfiq ölkədir.

R.T.Ərdoğanın səfəri çərçivəsində Türkiyə Fransa arasında hərbi-texniki əməkdaşlıq barədə müqavilə bağlandı. Bundan sonra Fransa Türkiyəyə hava hücumundan müdafiə raketləri verəcək. Həmçinin Fransa və İtaliyanın birgə müdafiə sənayeli EUROSAM şirkəti ilə müqavilələr bağlaması, Türkiyənin artıq Qərblə siyasi əlaqələri yoluna qoyması istiqamətində addığı uğurlu siyasətdir. Avropa ilə yaxınlaşmaq kursu, Rusiya ilə münasibətlərdə uzaqlaşma yaxın perspektivdə gözlənilməsədə, müəyyən müddətdən sonra Suriya məsələsində fikir ayrılıqları biruzə verəcək.

Türkiyənin Qərblə siyasətində müsbət düzəlişlər bu ölkənin Yaxın Şərqdə və xarici siyasətində manevr imkanlarını genişləndirəcək. Əgər, Rusiya bu ayın sonunda Soçidə Suriya Milli Konqresinin toplantısına PYD dəvət edərsə, Türkiyə Rusiya arasında ikitərəfli münasibətlər zəifləyəcək və Ankara Qərbin Cenevrə danışıqlarına qatıla bilər.
loading...
XƏBƏR LENTİ