02 yan 14:30region

"İranda hakimiyyət dəyişikliyi hazırda mümkün görünmür" - Politoloq

"İranda hakimiyyət dəyişikliyi hazırda mümkün görünmür" - Politoloqİranda hazırda infilyasiya dərinləşir, iqtisadi islahatlar aparılmır və milli valyutanın dəyər itirməsi nəticəsində qiymətlər durmadan artır. Təbii ki, belə bir situasiyada xalq öz etirazını bildirməli idi. Belə nümayişləri fürsət bilən müəyyən qüvvələr bu etirazları hakimiyyətin dəyişməsinə yönəltməyə çalışacaq.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə qeyd edib. O bildirib ki, İranda davam edən aksiyalar birbaşa Tehran teokratik rejimini hədəf alıb:

“İqtisadi-sosial faktorlarla müşayiət olunan aksiyalarda səslənən siyasi şüarlar Suriya və Misirdəki ərəb baharında aksiyaları xatırladır. Amma İran təbii ki, Suriya və Misir deyil, güclü dövlət aparatına və orduya malik bir ölkədir. Buradakı proseslər qızışarsa, üçüncü ölkələrin müdaxiləsi mümkün deyil. ABŞ və İsrail İrana qarşı hərbi fəaliyyətdən daimi çəkinib. Ona görə də teokratik rejimin dəyişməsi üçün daxili faktorlardan istifadə etməyə çalışırlar”.

Politoloq qeyd edib ki, ABŞ-ın İrana qarşı yönəlmiş iqtisadi sanksiyaları məhz xalqın etirazının formalaşmasına və bu etirazlarla mövcud rejimin dəyişməsinə hesablanıb:

“ABŞ tarix boyu hərbi müdaxilədən çəkindiyi ölkələrə iqtisadi sanksiyalarla hücum edir. Dünya iqtisadiyyatını idarə edən ABŞ-ın sanksiyaları, təbii ki, həmin ölkəni kifayət qədər zəiflədir. Həmçinin Tehran rejimi daxilində siyasi ziddiyyətlər ABŞ-ın bu vəziyyətdən məharətlə istifadə etməsinə zəmin yaradır”.

Politoloqun sözlərinə görə, İranda hakimiyyət dəyişikliyinin baş verməsi hazırda mümkün görünmür:

“Ancaq istənilən dəyişiklik İranın ərazi bütövlüyünün pozulmasına gətirib çıxartmayacaq”.

Qeyd edək ki, İranda etiraz aksiyaları dekabrın 28-dən başlayıb. Etiraz aksiyaları zamanı bahalaşmaya, Suriyadakı müharibəyə etiraz edilib, Xameneinin istefaya getməsi istənilib. 20-dən çox şəhəri bürüyən aksiyalara Cənubi Azərbaycan şəhərləri də qoşulub.

Aksiyalarda 27 nəfərin öldürüldüyü, 700-dən çox adamın həbs edildiyi bildirilir.
loading...
aynur
3 yanvar 2018 19:38
Allah ozu Xamenei aqa bawda olmaqla Iranin esl dindar olan ve hokumeti destekleyen keslerine yardimci olsun.
pozqun exlaqsiz heyat yawamaq isteyib buna gore duwmen kafir deyirmanina su tokub araqariwdiranlara her iki dunyada lenet etsin Allah. Her iki dunyada uzleri qara olsun.
[treecomments][reply]ответить[/reply][/treecomments] цитировать
[rating-type-2]
{rating}
[rating-plus]Нравится[/rating-plus]
[/rating-type-2] [rating-type-3]
[rating-minus]-[/rating-minus]
{rating}
[rating-plus]+[/rating-plus]
[/rating-type-3]
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Dünən, 13:46