01 yan 21:38region

“İnsanlar öz tələblərində haqlıdırlar” — Həsən Ruhani

“İnsanlar öz tələblərində haqlıdırlar” — Həsən Ruhani“İranda baş verən etiraz aksiyaları ölkənin daxili problemlərindən qaynaqlanır”.

Bu barədə İran prezidenti Həsən Ruhani bildirib. “Mehr” agentliyinin verdiyi məlumata görə, ölkə rəhbəri əsas problemlərin iqtisadi zərurətdən yarandığını deyib. Onun sözlərinə görə, bundan fürsət tapan xarici qüvvələr ölkəyə müdaxilə etmək istəyirlər.

“Ölkədə müəyyən problemlər var. İnsanlar öz tələblərində haqlıdırlar, problemlərinin həllini istəyirlər. Hökumətə aid olmayan bəzi qanunsuz müəssisələr və korporasiyalar mənimsəmələrə yol verib, onları aldadıb. Bundan yararlanan xarici qüvvələr də insanlar arasında çaşqınlıq yaradırlar. Bu məsələdə əsas rolu İsrail, ABŞ və Səudiyyə Ərəbistanı oynayır”, - deyə Həsən Ruhani bildirib.
İran prezidenti Həsən Ruhani ölkədə iqtisadi problemləri həll etmək üçün səylərini artıracağını bildirib. Ruhani hökumətin ölkədə havanın çirklənməsi, inflyasiya və işsizlik məsələləri, həmçinin iqtisadi problemləri həll etmək üçün səyləri ikiqat artıracağını deyib.

Qeyd edək ki, İranda cümə axşamı günündən etiraz aksiyaları keçirilir. İğtişaşlar ölkənin əhali sayına görə ikinci böyük şəhəri Məşhəddə başlayıb. Etiraz aksiyaları zamanı ölənlərin sayı 12 nəfərə çatıb.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Dünən, 13:46