01 yan 15:55region

İranda etirazlar: Xameneinin iqamətgahına yürüş - VİDEO

İranda etirazlar: Xameneinin iqamətgahına yürüş - VİDEOBu gecə Tehrandakı etirazçılar İranın Ali Dini lideri Əli Xameneinin iqamətgahına doğru yürüş ediblər.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Əl Arabiya” televiziyası yayıb. Televiziya iqamətgaha doğru hərəkət edənlərin sayının 1000 nəfər olduğunu bildirib.

Etirazçıların yürüşü ilə əlaqədar iqamətgahın qarşısına İran İslam İnqilabı Keşikçiləri Korpusunun üzvləri yerləşdirilib. İqamətgah qarşısında təhlükəsizlik tədbirləri gücləndirilib. Etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmanın olması haqqında heç bir məlumat verilməyib.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ