07 apr 16:35region

“5 gündür səngərlərdəyəm, ermənilərə böyük zərbə vurduq” - İbad Hüseynov

“5 gündür səngərlərdəyəm, ermənilərə böyük zərbə vurduq” - İbad Hüseynov“Təmas xəttində gərginlik yarandığı gündən bu günə kimi cəbhələrdəyəm, əsgərlərimizlə birlikdəyəm. Mənim burada olmağım onlara ruh yüksəkliyi verir”.

Bu sözləri Modern.az-a açıqlamasında Qarabağ müharibəsi iştirakçısı İbad Hüseynov deyib. O qeyd edib ki, son günlər Azərbaycan ordusunun göstərdiyi şücaətlə 23 illik sədd qırıldı.

“İnsanlarda əhval-ruhiyyə çox yüksəkdir. Biz öz gücümüzü, prezidentin apardığı sisyasətin gücünü ermənilərə göstərdik. Biz bunu edə bildik və qalibik. Bizə lazım olan stateji mövqelərimizi tutduq və artıq bizdədir. Ermənilərə böyük zərbə vurduq. Düşünürəm ki, ermənilər yenidən başlayarlarsa, bundan da artıq zərbə dəyəcək”.

İ.Hüseynov vurğulayıb ki, təmas xəttində Azərbaycan ordusunun uğurları ilə insanların içərisindəki əzginlik məhv oldu.

“5 gündür səngərlərdəyəm, əsgərlərimizləyəm. Onların yanına getməyim böyük ruh yüksəkliyi verdi. Çox yerdən çox sayda zənglər gəldi. Bütün keçmiş döyüşçülər, komandirlər bildirirdilər ki, döyüşə hazırdırlar. Türkiyədən Ərdoğanın köməkçisi, baş məsləhətçisi Yalçın Topçu mənə 3 dəfə zəng edib, vəziyyəti soruşub. Bildirib ki, nə lazımdırsa edək. “Bozqurdlar”ın təşkilatından zəng vudular ki, 500 nəfərlik döyüşçü ilə gəlirik. Kiprdən zəng vuruldu, gənc türklər gəlməyə hazır olduqlarını bildirirdilər. Gənclərimiz döyüşə atılıb torpaqlarımızı azad etməyə hazırdı. Mən bunu çox aydın müşahidə etdim”, deyə İ.Hüseynov vurğulayıb.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ