07 apr 10:12region

Ermənistan Qarabağa 400 PKK, 150 İŞİD terrorçusu göndərib – ŞOK FAKTLAR

Ermənistan Qarabağa 400 PKK, 150 İŞİD terrorçusu göndərib – ŞOK FAKTLARAprelin 1-dən 2-nə keçən gecə Azərbaycan ilə Ermənistan arasında başlanan döyüşlərdən bir neçə həftə öncə PKK terror təşkilatı 400 nəfər döyüşçüsünü Ermənistana göndərib.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumatda qeyd edilir ki, PKK erməni dostlarına yaxından yardım etmək üçün 400 nəfər könüllüsünü Ermənistana göndərib:

“Sözügedən PKK dəstəsi Türkiyənin Kandil ve Kamışlı bölgələrində vuruşurmuş. Azərbaycan ilə Ermənistan arasında başlayan hərbi əməliyyatlardan öncə PKK terrorçuları Ağrıdan Ermənistana keçərək, Göyçə gölü bölgəsində onlar üçün ayrılan Vardenes düşərgəsinə yollanıb. Daha sonra isə Azərbaycanın Füzuli-Tərtər rayonları istiqamətində döyüşlər başlayan zaman həmin PKK dəstələri Qarabağa gətirilib”.

Publika.az-ın əldə etdiyi digər məlumata görə isə, Kürdüstan Toplum Birliyi (KCK) İdarə Heyəti rəhbəri əvəzi vəzifəsini icra edən Bese Hozat hazırda rəsmi İrəvan ilə sıx əlaqələr saxlayır. Türkiyənin Tunceli vilayətində doğulan kürd qadın terrorçu Bese Hozat hazırda PKK-nın Ermənistandakı dəstəsinə tapşırıqlar verir.

Bundan əlavə, Ermənistan hökuməti Azərbaycana qarşı vuruşmaq üçün erməni əsilli 150 İŞİD və PKK-nın Suriyadakı qanadı sayılan PYD terrorçularını da gizli formada Qarabağa gətirib. Suriyanın Hələb və Xasake bölgəsində vuruşmuş sözügedən İŞİD və PYD terrorçuları Azərbaycanın işğal edilən Laçin, Şuşa və Kəlbəcər rayonlarına dağıdılaraq, oradan da Ağdam, Cəbrayıl, Zəngilan və Füzuli rayonlarındakı cəbhə xəttinə göndərilib. Qarabağa gətirilən PKK və İŞİD terrorçuları arasında peşəkar bomba hazırlayan mütəxəssislər də var.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ