13 dek 14:48region

Kreml Ərdoğanın Qüds təklifinə qarşı çıxdı

Kreml Ərdoğanın Qüds təklifinə qarşı çıxdıTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrail-Fələstin konflikti ilə bağlı mövqeyi Rusiyaya bəllidir.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib. Onun sözlərinə görə, Ərdoğanın mövqeyi Rusiyanın mövqeyi ilə üst-üstə düşmür:

“Biz bu mövqeyi bilirik və o, indiki zamanda bizim mövqeyimizlə üst-üstə düşmür. Rusiyanın Qüdslə bağlı mövqeyi hamıya yaxşı bəllidir”.

Qeyd edək ki, Ərdoğan bütün dünya ölkələrini Şərqi Qüdsü İsrailin paytaxtı kimi tanımağa səsləyib.

Rusiya İsrail-Fələstin münaqişəsi nizamlanana qədər Qüdsün statusu ilə bağlı hər hansı qərarın əleyhinə olduğunu rəsmi şəkildə bəyan edib.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Bu gün, 13:46