13 dek 13:19region

İrəvan Türkiyə ilə imzaladığı protokolları ləğv edir

İrəvan Türkiyə ilə imzaladığı protokolları ləğv edir2018-ci ilin yazını Ermənistan-Türkiyə protokolları olmadan qarşılayacağıq.

Axar.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər naziri Edvard Nalbəndyan jurnalistlərə açıqlamasında söyləyib.

“Bildiyiniz kimi, Ermənistan prezidentinin təşəbbüsü ilə Ankara-İrəvan əlaqələrinin normallaşdırılması prosesi başladıldı. Bu da 2009-cu ilin oktyabrında Sürixdə protokolların imzalanması ilə nəticələndi. İndiyə qədər bu sənədlər ratifikasiya edilməyib. Belə ki, Türkiyə protokolların ruhuna zidd olan şərtlər irəli sürüb. Bu sənədlər əbədi girov olaraq qala bilməz”, – deyə o bildirib.

Qeyd edək ki, 2009-cu ildə imzalanan protokolların əsas şərtlərindən biri Ermənistan-Türkiyə sərhədinin açılması idi. Sonradan Türkiyə bu protokolların icrasından Ermənistanın Qarabağdan ordularını çəkməməsi ucbatından imtina etmişdi.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Bu gün, 13:46