12 dek 15:33region

GAK Gürcüstan parlamentində

GAK Gürcüstan parlamentindəDünən Gürcüstan parlamentində Avropa İttifaqı ilə “Şərq əməkdaşlıq platformu” konfransı keçrilib.

Avrasiya.net-in Gürcüstandakı nümayəndəsinin verdiyi məlumata görə, Gürcüstan Azərbaycanlıları Konqresi həmin platformun daimi üzvlüyünə namizəd statusu olaraq konfransda təmsil olunub.

Təmsilçi kimi Konqresin sədri Hüseyn Yusubov iştirak edib. Konfransda Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze, parlamentin bir qrup üzvləri, dövlət nazirləri, Avropa İttifaqının Gürcüstandakı səfiri Iyanoş Hermani, eyni zamanda Gürcüstanın bir çox qeyri-hökumət təşkilatları iştirak ediblər. Konfransda Azərbaycan Respublikası və Moldava Respublikasının koordinatorları da dəvətli idilər.

Platforma daimi üzvlüklə bağlı Hüseyn Yusubov Gürcüstan Avropa İttifaqı Şərq tərəfdaşlıq, vətəndaş ictimai formunun milli koordinatoru Laşa Duquşi ilə görüşərək Gürcüstan Azərbaycanlıları Konqresinin bu platformda daimi üzvü olması məsələsini müzakirə edib. Tələb olunan sənədlər artıq hazırlanır.
GAK Gürcüstan parlamentində
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Bu gün, 13:46