11 dek 20:15region

GMİ Batumidə Mövlud mərasimi və hesabat tədbiri keçirib

GMİ Batumidə Mövlud mərasimi və hesabat tədbiri keçiribTbilisidə olduğu kimi dünən ölkənin qərbindəki Muxtar Vilayətdə də Bütün Gürcüstan Müsəlmanları idarəsinin illik hesabatı və mövlud bayramı ilə bağlı tədbir keçirilib.

Avrasiya.net-in Gürcüstandakı nümayəndəsi xəbər verir ki, tədbirdə din xadimləri, dövlət rəsmiləri, səfirlik nümayəndələri və elm və ictimaiyyət xadimləri iştirak edib.

Tədbirin birinci hissəsində Qərbi Gürcüstanın müftisi Hacı Beqlar Kamaşidze, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Şərqi Gürcüstanın müftisi Hacı Yasin Əliyev, Türkiyə Səfirliyinin din müşavirliyi Nəbi Gümüş, İran İslam Respublikasının Batumidəki konsulu və digər qonaqlar çıxış edərək öncə Hz. Məhəmməd Peyğəmbərin mübarək mövludu münasibəti ilə iştirakçıları təbrik edib, Hz. Məhəmməd Peyğəmbərin (s) sifariş və nəsihətlərindən, gətirdiyi İslam dininin üstünlük və özıllikləri barəsində ətraflı danışıbar. Çıxış edən din rəhbərləri müsəlmanların ilk qibləsi olan “Qüds” məsələsinə toxunaraq ABŞ prezidentinin qərarını qınadılar. Bu addımın dinlərarsı ziddiyyətlərin yaranmasına və Yaxın Şərqdə gərginliyin daha da alovlanmasına səbəb olmasın deyə ölkə və dünya dövlətlərini bu qərarın ləğvində həmrəy olaraq, lazımi addımlar atmağa səslədilər.

Mərasim azyaşlıların Quran tilavəti və qəsidə, şeir və ilahilərlə davam etdi.

Sonra Quran yarışmasının qaliblərinə və fəal din xadimlərinə mükafatlar təqdim olundu.

İdarənin əməkdaşı Otar Nadiradze ölkənin həm şərq və həm də qərbində İdarənin gördüyü işləri projektorla sərgiləyərək təqdim etdi.
Sonra qonaqlar mövlud süfrəsi ətrafında bir araya gələrək təəssüratlarını bölüşdülər. İçtirakçılara İdarənin illik hesabat jurnalı və dini kitablar hədiyyə olundu.
GMİ Batumidə Mövlud mərasimi və hesabat tədbiri keçirib
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Bu gün, 13:46