11 dek 12:16region

Erməni deputat Qarabağda qəzaya düşdü

Erməni deputat Qarabağda qəzaya düşdüErmənistan parlamentinin deputatı Karen Bekaryan qəzaya düşüb.

Virtualaz.org bildirir ki, bu barədə kriminal xronika saytı shamshyan.com məlumat yayıb.

Qeyd olunur ki, bir gün əvvəl işğal edilmiş Dağlıq Qarabağda ağır yol-nəqliyyat hadisəsi baş verib. Saat 14:20-də Berdzor – Qoris avtomagistralının 15-ci kilometrliyində "Nissan March" və "Mercedes" markalı maşınlar toqquşub.

Məlum olub ki, "Mercedes" Ermənistan parlamentinin balansında qeydiyyatdadır və deputat Karen Bekaryana xidmət edir. Qəza baş verərkən o da maşında olub və yüngül xəsarət alıb. Deputat müayinə üçün Yerevandakı tibb müəssisələrindən birinə yerləşdirilib.
loading...
XƏBƏR LENTİ