07 dek 13:24region

Türkiyə Silahlı qüvvələri Azərbaycanla birlikdədir - Politoloq

Türkiyə Silahlı qüvvələri Azərbaycanla birlikdədir - PolitoloqMəhəmməd Əsədullazadə
politoloq

Vyanada ATƏT-ın Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü nəticəsiz başa çatdı. Bu danışıqlarda münaqişənin həlli ilə bağlı masada olan həll formularının detalları müzakirə edilsədə, əsas olaraq münaqişənin həllində irəlləyiş əldə olunmadı. Bu görüşdə növbətçi danışıqlar kimi ilin yekununun son finalı idi.

Təbii ki, Ermənistanın substantiv danışıqlarda maraqlı olmaması və manipulyasiyası cəbhə xəttinə yaxın keçirdiyi hərbi təlimləri göstərir.

Danışıqlar prosesinin davam etdiyi bir sürəcdə Ermənistan prezidentinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri və burada keçirilən hərbi təlimləri izləməsi, danışıqları sabotaj etməkdi.

Hazırda Ermənistan Silahlı qüvvələri cəbhə xəttinə yaxın hərbi təlimləri davam edir. Azərbaycan Ermənistana cəbhə xəttinin yaxınlığında, bu kimi hərbi təlimlərin keçirməsinə imkan verməməli və artilleriya ilə Ağdamın Uzundərə adalanan ərazisi istiqamtində işğalçının hərbi təlimlərini vurmalıdır.
Azərbaycan yaşayış məskənlərinə yaxın ərazidə Ermənistan silahlı qüvvələrinin ağır artilleriyasının atışı ilə keçirilən təlimlər ciddi narahatlıq doğurur.

Ötən gün Ermənistan parlamenti Rusiyadan 100 milyon dollar həcmində yeni silah-sursatın kreditlə alınması barədə sənədi ratifikasiya etdi. Göründüyü kimi işğalçı ölkənin siyasəti silahlanmaq və işğalı davam etdirməkdən ibarətdir.

Artıq, bu il üçün nəticəsiz danışıqlar başa çatdı. Ermənistan işğal etdiyiy ərazilərə yeni ağır texnika və Rusiyadan alınan ağır artilleriya yerləşdirəcək. Bu, o deməkdir ki, Ermənistan işğal etdiyi ərazilərdə möhkəmlənir. Azərbaycanın hücum taktikasına qarşı müdafiə xəttini möhkəmləndirir.

Qeyd edim ki, bu il ərzində Azərbaycan öz hərbi arsenalını möhkəmləndirib. Xüsusu ilə Türkiyə ilə dahada sıxı hərbi əməkdaşlığı son on il ərzində dahada sıxlaşdırıb. Hazırda demək olar ki, Türkiyə silahlı qüvvələri Azərbaycanla birlikdədir. Azərbaycanın Türkiyə ilə bu siyasəti Rusiya-Ermənistan birgə qoşun qruplaşmasına qarşı adekvat cavabıdır.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ