07 dek 08:47region

Rza Zərrab kimdir: İranın xüsusi agenti, yoxsa?.. - Politoloq

Rza Zərrab kimdir: İranın xüsusi agenti, yoxsa?.. - PolitoloqZərrab ətrafında baş verən hadisələri ABŞ-Türkiyə arasında son illərdəki böhranın növbəti mərhələsi hesab etmək olar. Vaşinqton və Ankara bir-birilərinə qarşı mümkün bütün kompromatları işə salıblar və Zərrab məsələsi ABŞ-ın əlində olduqca güclü arqumentdir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Nəzakət Məmmədova deyib. O vurğulayıb ki, Türkiyə Zərrabla bağlı Vaşinqtona bir neçə dəfə nota verib:

“Bu da onu göstərir ki, bu məsələ Türkiyə hakimiyyəti üçün nə qədər önəmlidir. Çünki AKP nazirlərinə milyonlarla dollar rüşvət verilməsi müqabilində İrana qarşı tətbiq olunan embarqonun pozulması iddiası Ərdoğana həm xarici siyasətdə, həm də daxildə müxalifət tərəfindən təzyiqlər yarada bilər. Artıq bunun əlamətləri də özünü göstərir və CHP AKP iqtidarına qarşı çıxışlar etməyə başlayıb”.

Politoloq qeyd edib ki, Zərrab məsələsi Ərdoğanın davamlı olaraq ABŞ-ı kürdləri silahlandırması, FETÖ vasitəsilə çevriliş cəhdi etməsi iddialarına qarşı hazırlanıb:

“ABŞ Rza Zərrab olayından Türkiyəyə qarşı bu cür istifadə etməyə çalışır. CHP-nin iddiasına görə isə Zərrab İran xüsusi xidmət orqanlarının agentidir və həm də bir sıra dövlət sirri təşkil edən məlumatları əldə edib. Zərrabın agent olduğunu artıq AKP iqtidarı da deyir. CHP isə AKP-dən tələb edir ki, Zərrabın rüşvət verdiyini iddia elədiyi şəxslərin hamısı istintaqa cəlb edilsin”.

Politoloq Zərrabın “İran casusu” adlandırılmasına da münasibət bildirib:

“Bunu dəqiq demək olmaz. Hətta belə bir qeyd varsa da, bu, İran və Türkiyə xüsusi xidmət orqanları arasında olan tam məxfi məlumatdır və xidməti zərurətdən başqa kənar heç bir şəxsin bu barədə məlumatlı olması mümkün deyil. Odur ki, agent məsələsi sadəcə ehtimaldır. Zərrab ETTELAAT, MİT və ya digər xüsusi xidmət orqanının agenti olsa belə, bunu yalnız həmin xüsusi xidmət orqanlarındakı bir neçə insan bilə bilər. Çünki bu, həm də dövlət sirridir”.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ