07 dek 08:10region

Qorbaçov Putini dəstəklədi

Qorbaçov Putini dəstəklədi“Rusiyada növbəti prezident seçkilərində ən ideal namizəd ölkənin hazırkı rəhbəri Vladimir Putindir”.

Bu barədə SSSR-nin keçmiş prezidenti Mixail Qarbaçov bildirib. Onun sözlərinə görə, V.Putin liderliyə layiq siyasətçidir.

“Hazırda Rusiyada ən layiqli rəhbər Vladimir Putindir. Mən və bir çox siyasətçilər də onu dəstəkləyir”, - deyə M.Qarbaçov bildirib.

Qeyd edək ki, V.Putin Nijni Novqorod şəhərində avtomobil zavodunun işçiləri ilə görüşü zamanı gələn il Rusiyada keçiriləcək prezident seçkilərində iştirak edəcəyini bildirib. Onun sözlərinə görə, gələn il keçirilən prezident seçkilərində iştirak edəcək.

“Rusiya xalqına göstərdiyi etimad və dəstəyə görə minnətdaram. Hər kəsə sağol deyirəm. Düşünürəm ki, öz qərarımı açıqlamaq üçün ən yaxşı yer ola bilməz. Mən 2018-ci ildə keçiriləcək prezident seçkilərinə öz namizədliyimi verəcəyəm. Əminəm ki, bizim Rusiyanın inkişafı üçün göstərdiyimiz səylər boşa getməyəcək. Əminəm ki, hər şey qaydasında gedəcək”, - deyə Putin bildirib.

Xatırladaq ki, Rusiyada növbəti prezident seçkiləri 2018-ci ilin martında keçiriləcək. Seçki kampaniyası dekabr ayında başlamalıdır.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ