21 noy 17:31region

Ukrayna Belarus diplomatını ölkədən qovdu

Ukrayna Belarus diplomatını ölkədən qovduUkraynanın Xarici İşlər Nazirliyi Belorus diplomatını ölkədən qovub.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maryana Beça deyib. Onun sözlərinə görə, rəsmi Kiyev bu addımı Belorusun ukraynalı diplomat İqor Skvortsovu arzuolunmaz şəxs elan edərək ölkədən qovmasına cavab olaraq atıb.

Qeyd edək ki, Belorus casusluqda şübhəli bilinərək həbs edilən ukraynalı jurnalist Pavel Şaroykonun İqor Skvortsov ilə əlaqədə olduğunu bildirib. Bundan sonra Skovrtsov ölkədən qovulub.
loading...
XƏBƏR LENTİ
Dünən, 13:10