15 noy 11:35region

İŞİD-i ABŞ qoruyur — Rusiyadan ŞOK İDDİA

İŞİD-i ABŞ qoruyur — Rusiyadan ŞOK İDDİARusiyanın müdafiə nazirliyi ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın İŞİD terror qruplaşmasını qoruduğunu iddia edib.

"Ölkə.Az" xəbər verir ki, nazirlik artıq bunu sübut edən dəlilləri də toplayıb.

Rusiya müdafiə nazirliyinin açıqlamasında deyilir: "ABŞ bütün xəbərdarlıqlarımıza məhəl qoymayaraq Suriyanın Əbu Kamal rayonundan geri çəkilən İŞİD terrorçularına qarşı hava hücumu həyata keçirməyi rədd etdi".

Nazirliyin yazılı açıqlamasında bildirilir ki, İŞİD krvanı Əbu Kamal şəhərindən Suriyanın İraqla sərhədindəki Sabha vadisinə doğru hərəkət etdiyi müəyyən edilib. Rusiya karvana hərbi əməliyyat keçirmək üçün ABŞ-ın rəhbərlik etdiyi koalisiyaya müraciət edib. ABŞ tərəfi isə İŞİD-in təslim olduğu bəhanəsi ilə hərbi əməliyyat təklifini rədd edib.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ