15 noy 10:57region

Rza Zərrab yoxa çıxdı

Rza Zərrab yoxa çıxdıUzun müddətdir ABŞ-da həbs həyatı yaşayan azərbaycanlı milyarder Rza Zərrabdan 5 gündür xəbər yoxdur.

Axar.az xəbər verir ki, bu barədə milyarderin vəkili açıqlama yayıb. Vəkil Zərrabın azad edilməsi ilə bağlı iddialara da cavab verib:

“Azadlığa çıxması haqda yayılan xəbərlər doğru deyil. Mən də 5 gündür onun haqda məlumat ala bilmirəm”.

Qeyd edək ki, iki dəfə ardıcıl olaraq Zərrabın azad edilməsi ilə bağlı xəbərlər yayılıb. ABŞ Federal Həbsxana Bürosunun internet saytında onun həbsdən azad edilməsi ilə bağlı məlumat da verilib. Amma hər dəfə ABŞ rəsmiləri bunun texniki xəta olduğunu və milyarderin həbsdə qaldığını bildiriblər.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ