14 noy 11:10region

Cinsiyyətini dəyişdirib kişi olan məşhur qadın ata olacaq - YENİ ÜSULLA

Cinsiyyətini dəyişdirib kişi olan məşhur qadın ata olacaq - YENİ ÜSULLA Beş il əvvəl əməliyyatla cinsiyyətini dəyişib kişi olan Rüzgar Erkoçlar ata olmaq arzusundan danışıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda DJ kimi fəaliyyət göstərən R.Erkoçlar “Hürriyet”ə müsahibə verib. O, müsahibəsində ata olmaq istədiyini gizlətməyib:

“Övladım olarsa, sevgi və qayğı içində böyüyəcək. Valideyn həm maddi, həm də mənəvi baxımdan uşağın bütün istəklərini yerinə yetirməlidir. İstərdim ki, övladım bu məsuliyyətləri yerinə yetirə biləcəyimiz vaxtda olsun”.

Daha sonra isə Rüzgar müxbirin “Fizioloji olaraq ata olmağın mümkündürmü?” sualına belə cavab verib:

“Bu məsələlərdən heç danışmayaq. Ata olmaq üçün tibdə yeni üsullar var, onlarla maraqlanıram. Ata olmaq istəyirəm”.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ