12 noy 22:37region

5 nazirlik ləğv ediləcək

5 nazirlik ləğv ediləcəkGürcüstan hökumətinin tərkibində struktur dəyişiklikləri aparılacaq.

Azərtac xəbər verir ki, hazırda fəaliyyət göstərən 18 nazirlikdən 5-i ləğv olunacaq.

Dəyişikliklər nəticəsində İqtisadiyyat ilə Energetika, Mədəniyyət ilə İdman, Kənd Təsərrüfatı ilə Ətraf Mühit nazirlikləri birləşdiriləcək.

Bundan başqa, Avropa və Avroatlantik inteqrasiya məsələləri üzrə dövlət nazirinin vəzifəsi ləğv olunacaq və bu struktur Xarici İşlər Nazirliyinə birləşdiriləcək.

Mətbuatın yazdığına görə, İqtisadiyyat ilə Energetika nazirlikləri birləşdirildikdən sonra bu quruma hazırki maliyyə naziri Dmitri Kumsişvilinin rəhbərlik edəcəyi gözlənilir. Daxili işlər naziri Qeorqi Mqebrişvili və elm və təhsil naziri Aleksandr Cecelava vəzifələrindən kənarlaşdırılacaqlar. Hazırki iqtisadiyyat naziri Qeorqi Qaxariya isə daxili işlər naziri təyin olunacaq.

Mədəniyyət ilə İdman nazirlikləri birləşdikdən sonra bu quruma kimin nazir təyin olunacağı hələlik məlum deyil.

Maliyyə naziri vəzifəsinə “Gürcüstan Dəmir Yolları” SC-nin sədri Mamuka Baxtadzenin və ya D.Musişvilinin hazırki müavini Qeorqi Tabuaşvilinin təyin ediləcəyi gözlənilir.

Hökumətdəki kadr dəyişiklikləri barədə yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək.
loading...
XƏBƏR LENTİ
Dünən, 15:42
Dünən, 09:47