28 okt 13:25region

Valideynləri tərəfindən satılan qız: Atamın qohumu məni zorladı, anam fahişə olmağa məcbur etdi - TƏFƏRRÜATLAR

Valideynləri tərəfindən satılan qız: Atamın qohumu məni zorladı, anam fahişə olmağa məcbur etdi - TƏFƏRRÜATLARTürkiyədə 18 yaşlı qız valideynlərinin onu pul qarşılığında yad kişilərə satdığını əsas gətirərək polisə müraciət edib.

A24.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şikayət əsasında cinayət işi açılıb və aparılan araşdırmalar nəticəsində dəhşətli faktlar ortaya çıxıb.

Məlum olub ki, şikayətçi N.G-nın valideynləri qadın alveri ilə məşğul olur. Onlar bir müddət öncə qızlarını “Sənə hər məsələdə kömək edəcək” deyərək H.V adlı şəxsin yanına göndəriblər. Həmin adam isə qızı pul qarşılığında başqa kişilərlər cinsi əlaqəyə girməyə məcbur edib.

Məhkəmədə ifadə verən gənc qız bildirib ki, 6-7 yaşından təzavüzə məruz qalır. Artıq 12 yaşında ikən onun ətrafındakı hər kəs narkotik maddə və spirtli içkidən istifa edirmiş.

“Dəfələrlə qadınlara, uşaqlara edilən zorakılığın və təcavüzün şahidi olmuşam. Özüm də bunu yaşamışam. 15 yaşım olarkən məni əxlaqsız dəstənin başçısının qohumu ilə nişanladılar. Bir müddət sonra bu nişan pozuldu. Daha sonra başqa bir adamla nişanlanmağa məcbur etdilər. Məqsədləri bakirəliyimi pozub məni fahişəliyə cəlb etmək idi. Daha əvvəl dini nikahda olduğum H.A məni zorladı. Bundan sonra da bir neçə nəfərin təcavüzünə məruz qaldım. Anam “seks işçisi” olmağım üçün mənnə təzyiq göstərirdi. Atamın təşəbbüsü ilə işlədiyim oteldə bu işin necə görüldüyünü öyrətməyə çalışdılar. Atamın qohumu məni zorladı”, – deyə qız başına gələnləri danışıb.

Açılan cinayət işi ilə bağlı məhkəmə prosesi davam edir.
loading...
XƏBƏR LENTİ