18 okt 07:55region

Daha bir erməni diaspor rəhbəri güllələndi - VİDEO

Daha bir erməni diaspor rəhbəri güllələndi - VİDEOUkraynanın Ujqorod şəhərində “Aparan” erməni icmasının rəhbəri 54 yaşlı Andranik Nikoqosyan öz kabinetində güllələnib.

Axar.az Ukrayna Milli Polis İdarəsinə istinadən xəbər verir ki, hadisədən öncə qatillə qurban arasında mübahisə yaşanıb.

Qatil polis tərəfindən saxlanılaraq dindirilməyə aparılıb.

Hadisənin motivləri məlum deyil və olayın baş verdiyi yerdə ekspertlər tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Ermənistanın Aparan şəhərində doğulan Nikoqosyan Zakarpatya bölgəsindəki Ukrayna Erməniləri Birliyinin sədri idi.

O, vaxtilə SSRİ-nin boks yığmasında da çıxış etmişdi.

Zakarpatyada erməni mədəni təşkilatına rəhbərlik edib və qondarma erməni soyqırımına “xatirə lövhəsi” qoyulmasında iştirak edib.

Qeyd edək ki, oktyabrın 5-də Moskvada Voronej vilayətinin İctimai Palatasının üzvü və “Ani” erməni mədəni-xristian ictimai təşkilatının rəhbəri Arsen Papazyan güllələnərək öldürülmüşdü. Ötən gün isə erməni biznesmen Georgi Aqapcanov qətlə yetirilmişdi.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ