16 okt 13:41region

Moskvada erməni biznesmeni güllələdilər

Moskvada erməni biznesmeni güllələdilərMoskvanın mərkəzi Novoslobodsk küçəsində 44 yaşlı erməni naməlum şəxs tərəfindən güllələnib.

Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı Rusiya hüquq-mühafizə orqanlarına istinadən informasiya yayıb.

“Mərhum avtomobildən enərkən cinayətkar ona bir neçə dəfə atəş açıb. Cinayət xaraktercə sifarişli qətli xatırladır”, - polisdən bildirilib.

Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, “REN TV” kanalı öldürülən şəxsin erməni biznesmen Georgi A. olduğunu bildirib.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ