15 okt 18:27region

İnsanı adamyeyənə çevirən qorxunc maddə Türkiyədə - Şok VİDEO/18+

İnsanı adamyeyənə çevirən qorxunc maddə Türkiyədə - Şok VİDEO/18+İspanyanın Barselona şəhərindən İstanbulun Avcılar bölgəsinə göndərilən karqodan istifadə edənləri çılğınlıq dərəcəsində təcavüzkarlaşdıran narkotik maddə çıxıb.

Barselonadan Türkiyəyə göndərilən bu karqonun izinə düşən İstanbul Gömrük Mühafizə İdarəsinin əməkdaşları Avcılarda alıcısı Bulud O. kimi qeyd edilmiş bağlamanı araşdırıb. Narkotik itləri yükə müsbət reaksiya verib. Hadisə yerində hazırlanan əməliyyat nəticəsində karqonu almağa gələn özəl bir TV kanalında aparıcı olan Sərkan O. həbs edilib.

Karqo açılaraq maddə test cihazıyla yoxlanılıb. Nəticədə maddənin indiyə kimi Türkiyədə məlum olmayan bir narkotik olduğu üzə çıxıb. Laboratoriyada aparılan analizdə maddənin “Alfa PVP Hidroxlorid” olduğu təsdiq edilib.

ABŞ və Braziliya başda olmaqla bütün dünyada yayılmağa başlayan, istifadəçilərini sözün tam mənasında adamyeyənə çevirib təcavüzkarlaşdıran bu narkotik ilk dəfə Türkiyədə ələ keçib. Həbs edilən TV aparıcısı karqonu Barselonadan bir yaxınının göndərdiyini, ancaq içində nə olduğunu bilmədiyini deyib. Təhlükəsizlik qüvvələri narkotikin mənbəyini öyrənmək üçün araşdırma aparır.

Rusiya mənşəli olan sintetik narkotikin ilk dəfə ABŞ-da ortaya çıxdığını bildirən səlahiyyətlilər toz və həb şəklində istifadə edilən maddəylə bağlı xəbərdarlıq edib. Onların dediyinə görə, bu maddədən istifadə edənlərin görüntüsü qorxu yaradır və ölümcül təsir göstərir:

“Maddədən istifadə edənlər tanımadıqları adamlara hücum edir, üst-başlarını parçalayırlar. Hallüsinasiya yaradan maddə infarkta səbəb olur”.

Qeyd edək ki, ABŞ-da bu maddədən istifadə etmiş bir şəxs dostunun üzünü yeyib.


Teleqraf.com
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ