12 okt 10:40region

Kürdlər vəfalı və köklü xalqdır - Ruhani

Kürdlər vəfalı və köklü xalqdır - RuhaniBiz 100 faiz sizə (İran kürdlərinə) inanırıq və heç vaxt bir qrup şəxsin İraq Kürdistanında yol verdiyi siyasi səhvi sizin hesabınıza yazmarıq.

Axar.az xəbər verir ki, bu sözləri oktyabrın 11-də Nazirlər Kabinetinin iclasında çıxış edən İran Prezidenti Həsən Ruhani İraq Kürdistanında keçirilmiş müstəqillik referendumu haqqında danışarkən deyib.

“Biz 100 faiz sizə (İran kürdlərinə) inanırıq və heç vaxt bir qrup şəxsin İraq Kürdistanında yol verdiyi siyasi səhvi sizin hesabınıza yazmarıq. Çünki siz böyük İran millətinin bir hissəsi olaraq İranın bölgədə ən köklü və ən vəfalı etnik qrupusunuz. Siz həmişə inqilabın və 8 il davam edən İran-İraq savaşı dövründə İran millətinin yanında olubsunuz”, - Ruhani vurğulayıb.

Qeyd edək ki, sentyabrın 25-də İraq Kürd Muxtariyyətində müstəqilliklə bağlı referendum keçirilib. Bölgə dövlətləri bu referendum qarşı çıxıb və İraqın ərazi bütövlüyünü dəstəkləyib.
loading...
Reklam
XƏBƏR LENTİ
Dünən, 22:26