09 okt 11:53region

Duqinin açıqlaması erməniləri təşvişə salıb

Duqinin açıqlaması erməniləri təşvişə salıbKremlin ideoloqu kimi tanınan “Beynəlxalq Avrasiya Hərəkatı”nın lideri Aleksandr Duqin Ermənistan mediasına açıqlamasınında Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün gedişatında beş rayonun qaytarılması məsələsinin müzakirə olunacağını bildirdi.

Onun fikrincə, Dağlıq Qarabağ münaqişəsi mətbuatda “Lavrov planı” adlandırılan Rusiyanın planı üzrə həll edilmiş ola bilər.

“Fikrimcə, prezidentlərin görüşünün indi keçirilməsi çox əhəmiyyətlidir. Çünki Ermənistan-Azərbaycan münasibətləri o vəziyyətə çatır ki, münaqişəni həll etmək mümkün olmayacaq. Hesab edirəm ki, prezidentlərin görüşündə Qarabağ ətrafındakı beş rayonun qaytarılması məsələsi müzakirə olunacaq”, - deyə Duqin qeyd edib.

Kremli ideoloqunun bu sözləri erməniləri qorxuya salıb.

Avrasiya.net publika.az-a istinadən xəbər verir ki, “armenianreport” saytının yazdığına görə, bu, əslində Kremlin mövqeyi və istəyidir.

Qeyd edilir ki, Rusiyanın ATƏT-in Minsk qrupunda həmsədr olmamasına baxmayaraq, prezident Vladimir Putin Dağlıq Qarabağ ətrafındakı 5 rayonun qaytarılmasının zəruriliyi haqqında Aleksandr Duqinin dodaqları ilə danışır. Sayt bildirir ki, Moskva üçün heç bir müstəqil Ermənistan yoxdur, sadəcə Rusiya var.

“Bizim hökmdarlarımız tərəfindən yığılmış yalanın yükü çox böyükdür. Və görünür ki, Rusiya bizi müstəqillik atributlarından ardıcıllıqla və inadla məhrum edir. Əfsus, bizim ölkəmiz hazırda Çeçenistan Respublikası ilə müqayisədə daha az azadlığa malikdir. Əsas təhlükə odur ki, hökmdarlarımız heç vaxt etiraz etmək gücündə olmurlar. Duqinin danışdıqları indi təhlükəni daha aşkarlıqla göstərir”, - məqalədə bildirilir.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ