07 okt 23:13region

Marneulidə azərbaycanlı namizədlərin rəqabəti başlayır

Ruslan Hacıyev: “Namizədlərdən hakim partiyanın təmsilçisi Teymur Abazovun şansı daha realdır”

Əlibala Əsgərov: “Əsas şanslı namizədlər Teymur Abazov və Əhməd İmanquliyevdir”


"Yeni Gürcüstan” müxalif partiyası azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun icra başçısı vəzifəsinə öz namizədini təqdim edib. Partiyanın namizədi soydaşımız İmdad Şərifovdur.

Namizədi Marneuli sakinlərinə təqdim edən partiyanın lideri Giorgi Vaşadze deyib ki, təcrübəli və peşəkar gənc olan İ.Şərifov Marneuli əhalisinin problemləri ilə yaxşı tanışdır. O, Marneuli seçicilərini partiyanın namizədini dəstəkləməyə çağırıb. Xatırladaq ki, İmdad Şərifov namizədliyi irəli sürülən ilk azərbaycanlı deyil. Bundan əvvəl hakim "Gürcü Arzusu” partiyası tərəfindən Teymur Abazovun namizədliyi verilib. Seçicilərlə mütəmadi görüş keçirən Teymur Abazov seçkiləri qazanacağı təqdirdə Marneulidə mövcud olan problemlərin həll olunması üçün çalışacağını və gənclərə dəstək olacağını bildirib. Məlumat üçün deyək ki, Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilər oktyabrın 21-də keçiriləcək. Soydaşlarımızın meriya seçimlərində namizəd olması Gürcüstanda yaşayan azərbaycanlılar tərəfindən müsbət qarşılanır. Bəs hansı namizədin şansı daha çoxdur?

Marneulidə azərbaycanlı namizədlərin rəqabəti başlayırMəsələ ilə bağlı "Şərq”ə açıqlama verən Marneulidən majoritar qaydada seçilən deputat, soydaşımız Ruslan Hacıyev seçkidə hər partiyadan namizədin olduğunu deyib. Azərbaycanlı deputat qəzetimizə bildirib ki, namizədlərdən hakim partiyanın təmsilçisi Teymur Abazovun şansı daha realdır:

"Gürcüstan müstəqilliyini qazandıqdan sonra ilk dəfə olaraq rayonumuza hakim partiya tərəfindən azərbaycanlı namizəd irəli sürülür. Bu, əlbəttə ki, əhali tərəfindən çox xoş qarşılanıb və təqdir olunub. Azərbaycanlı namizədin irəli sürülməsi həm də onu göstərir ki, hakim "Gürcü Arzusu” partiyası demokratik prinsiplərə dəyər verir. Ölkəmizdə demokratiyanın nə dərəcədə ali olduğunu göstərir”.

Marneulidə azərbaycanlı namizədlərin rəqabəti başlayırGürcüstanda yaşayan soydaşımız, "Qeyrət” Xalq Hərəkatının rəhbəri Əlibala Əsgərov isə "Şərq”ə bildirib ki, əvvəlki illərdən fərqli olaraq, bu dəfə bütün partiyaların namizədi azərbaycanlıdır:

"Marneuli şəhər meriyasına namizəd olan azərbaycanlılar həm hakim, həm də müxalif partiyanın üzvləridir. Partiyalar arasında əsas rəqabət isə "Gürcü Arzusu” ilə "Yeni Gürcüstan” arasında gedir. Yerdə qalan müxalif partiyalardan azərbaycanlı namizədlər olsa da, onların şansı azdır. Əsas şanslı namizədlər Teymur Abazov və Əhməd İmanquliyevdir. Çox güman ki, rəqabət də onlar arasında gedəcək. Seçkilərdə əsas dəstək hakim partiyaya verilir. İkinci böyük dəstək sahibi isə "Avropalı Gürcüstan” partiyasıdır. Əhali arasında bu iki partiyanın sosial bazası böyükdür”.
loading...
XƏBƏR LENTİ
22-06-2018, 15:27