25 sen 13:10region

Ukraynada ölən türk biznesmenin azərbaycanlı xanımı: “Ərimi otaq yoldaşları öldürüb”

Ukraynada ölən türk biznesmenin azərbaycanlı xanımı: “Ərimi otaq yoldaşları öldürüb”Ukraynanın Xarkov şəhərində bir neçə gün öncə dünyasını dəyişən 47 yaşlı türk iş adamı Hayrettin Gök dərman verilərək öldürülüb. Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu biznesmenin azərbaycanlı həyat yoldaşı Aytəkin Mustafayeva bildirib.

O, Ukrayna polisində izahat verərək ərinin cinayətə qurban getdiyini deyib. A. Mustafayeva qeyd edib ki, ərinə eyni evdə kirayə qalan otaq yoldaşları dərman veriblər: “Həmin dərmandan sonra həyat yoldaşım infarkt keçirib. Otaq yoldaşları onun cibindəki pulunu, telefonunu və digər dəyərli əşyalarını götürüblər. Mənim həyat yoldaşımı öldürüblər. O, mələk kimi insan idi. Heç kimi incitməzdi”, - deyə qadın bildirib.

Sentyabrın 16-da dünyasını dəyişən iş adamı artıq öz ölkəsində dəfn edilib.

Xatırladaq ki, Hayrettin Gök Türkiyənin Kahramanmaraş bölgəsindən 14 il əvvəl işləmək üçün Azərbaycana gəlib və burada Aytəkin Mustafayeva ilə evlənib. Onların 1 uşaqları var.

O, tekstil biznesini genişləndirmək üçün Ukraynaya gedibmiş.
loading...
Reklam
XƏBƏR LENTİ