19 sen 06:32region

Moskvada Azərbaycan vətəndaşı başından vuruldu - Qətl

Moskvada Azərbaycan vətəndaşı başından vuruldu - QətlMoskvanın cənubunda Azərbaycan vətəndaşı başından güllələnərək qətlə yetirilib.

Report xəbər verir ki, bu barədə bazar ertəsi hüquq-mühafizə orqanlarıdakı mənbə məlumat verib.

İlkin məlumata görə, qətl sifarişlə yerinə yetirilib.

"Yaxından güllələnən kişinin meyiti paytaxtın Qərbi Birülevo rayonundakı Xarkov keçidində aşkar olunub", - deyə agentliyin həmsöhbəti bildirib.

Onun məlumatına görə, qətl sifariş xarakterlidir, ölən şəxs isə Azərbaycan vətəndaşıdır.

Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin mətbuat xidməti TASS-a faktı təsdiq edib, lakin hadisənin təfərrüatları barədə məlumat verməyib.

Hadisə yerində istintaq-əməliyyat qrupu işləyir.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Bu gün, 10:51