15 sen 20:42region

"Kentaydan Ulutauya doğru: Tarixi yaddaşın yenilənməsi" beynəlxalq ekspedisiyası başlayıb

"Kentaydan Ulutauya doğru: Tarixi yaddaşın yenilənməsi" beynəlxalq ekspedisiyası başlayıbBeynəlxalq Türk Akademiyasının (TWESCO) təşkilatçılığı ilə "Kentaydan Ulutauya doğru: Tarixi yaddaşın yenilənməsi" adlı III beynəlxalq ekspedisiyaya start verilib. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Özbəkistan, Türkiyə və Rusiyadan dövlət və ictimai xadimlər, tarixçi-arxeoloqlar və media nümayəndələrinin iştirak etdiyi ekspedisiya çərçivəsində Qazaxıstanın mərkəzi əyalətlərindəki tarixi baxımdan böyük əhəmiyyətə malik ərazilər ziyarət olunacaq.

TWESCO prezidenti Dərxan Kıdıralinin rəhbərlik etdiyi ekspedisiya qrupu Ulutaudakı Alaşa Xan və Cuçi Xan türbələri və Dombaul movzeleyinə səfər edəcəklər. Beləliklə, 15 avqust 2017-ci il tarixində Monqolustanın Kentay bölgəsindən başlayan ekspedisiya çalışmaları Qazaxıstanın Jezkazqan bölgəsində başa çatacaq.

"Kentaydan Ulutauya doğru: Tarixi yaddaşın yenilənməsi" beynəlxalq ekspedisiyası başlayıbTədqiqat səfəri zamanı Ulutau bölgəsinin tarixi əhəmiyyəti, dövlətçilik ənənəsinin davamlılığı, buradakı abidələrin Türk dünyasının ortaq mədəni mirasının öyrənilməsində oynadığı rol və Avrasiya çöl mədəniyyəti ilə bağlı aktual məsələlərin müzakirə olunacağı Konfrans təşkil ediləcək.

Səfərin yekunu olaraq, Astana şəhərində Milli akademik kitabxanada TWESCO tərəfindən indiyədək təşkil olunan beynəlxalq tədqiqat səfərlərinin nəticələri ilə bağlı hesabat toplantısı təşkil olunacaq.

Qeyd edək ki, Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının Naxçıvan zirvəsində yaradılan Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə birinci beynəlxalq kəşfiyyat səfəri Altaylara, ikinci ekspedisiya isə Monqolustanın Şiveet-Ulan və Orxon bölgələrinə təşkil olunmuşdu. Bu, türk dünyasının ortaq tarixi mirasının öyrənilməsini hədəfləyən sayca üçüncü beynəlxalq ekspedisiyadır.
"Kentaydan Ulutauya doğru: Tarixi yaddaşın yenilənməsi" beynəlxalq ekspedisiyası başlayıb
"Kentaydan Ulutauya doğru: Tarixi yaddaşın yenilənməsi" beynəlxalq ekspedisiyası başlayıb
loading...
XƏBƏR LENTİ