07 sen 12:43region

Azərbaycan ordusu bizdən güclüdür - Erməni polkovnik

Azərbaycan ordusu bizdən güclüdür - Erməni polkovnikİşğal altında olan Dağlıq Qarabağda yerləşən qondarma rejimin qanunsuz "silahlı birləşməsi"nin əməliyyat şöbəsinin rəisi polkovnik Viktor Arustamyan Azərbaycanın Ermənistanla müqayisədə daha güclü silahlara malik olduğunu deyib.

Azvision.az xəbər verir ki, erməni polkovnik “Hraparak” qəzetinə müsahibəsinə Azərbaycan ordusunun Ermənistandan üstün olduğunu etiraf edib. O, vəziyyətin 1992-ci ildən indiyədək davam etdiyini qeyd edib.

Arustamyan vurğulayıb ki, Azərbaycanın tankları istər keyfiyyət, istərsə də say baxımından üstünlük təşkil edir. Polkovnik etiraf edib ki, aprel döyüşlərində 1992-94-cü illərdə olduğu qədər mərmi atılıb.

Jurnalist müsahibə zamanı ondan qondarma rejimin "hərbi siyasi rəhbərliyi"nin Madrid psinsiplərinə uyğun olaraq, ərazilərin güzəşt edilməsi yolu ilə münaqişənin həllinə dair mövqeyini öyrənmək istəyib.

Polkovnik “Gəlin, belə razılaşaq ki, siyasi sualları cavablandırmıram” - deyə sualdan yayınmağa çalışıb.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ