23 avq 11:07region

Çempionu öldürən azərbaycanlının başına pul qoyuldu - 500000

Çempionu öldürən azərbaycanlının başına pul qoyuldu - 500000Rusiyada pauerlifting üzrə dünya çempionu Andret Draçevi döyərək öldürən azərbaycanlının yeri haqqında məlumat verənə mükafat veriləcək.

Axar.az xəbər verir ki, mükafat Rusiya Daxili İşlər Nazirliyi tərəfindən Xabarovsk vilayəti üzrə təsis edilib. Cinayətdə şübhəli bilinən şəxsin yeri barədə məlumatlı olan şəxs 500 min rubl həcmində mükafatlandırılacaq.

Xatırladaq ki, qətli törədən şəxsin döyüş ustası Anar Allahverənov adlı azərbaycanlı olduğu bildirilir. Məlumata görə, dünya çempionu onu “çuşka” adlandırıb, bundan sonra tərəflər arasında mübahisə və əlbəyaxa dava baş verib.

A.Allahverənovun zərbələrindən sonra A.Draçev ölüb.
loading...
Reklam
XƏBƏR LENTİ
Dünən, 20:57