23 avq 10:13region

Kürd lider Bərzani: Referendum olacaq

Kürd lider Bərzani: Referendum olacaqİraq Kürd Regional Rəhbərliyinin lideri Məsud Bərzani Pentaqon rəhbəri Ceyms Mattisin başçılıq etdiyi nümayəndə heyətini Ərbildə prezident sarayında qəbul edib.

Axar.az xəbər verir ki, mətbuata qapalı keçirilən görüşdə İŞİD-lə mübarizə, koalisiya ilə peşmərgə qüvvələri arasında həmrəylik və 25 sentyabrda planlaşdırılan referendum məsələləri müzakirə edilib.

“ABŞ referendumun olacağı ehtimalını uzaq görürdü. Biz düşünürük ki, referendum prosesi İŞİD-lə mübarizəyə mane olacaq. Hər iki tərəfin bu çərçivədə hərəkət etməsində problem yarana bilər”, - Pentaqon rəhbəri bildirib.

Bərzani də öz növbəsində vurğulayıb ki, referendum şəxsi məsələ deyil, kürd xalqının haqqıdır və demokratiya prinsipləri ilə ziddiyyət təşkil etmir.

Kürd lider bu prosesin terrorla mübarizəyə də maneə olmayacağını əlavə edib.
loading...
Reklam
XƏBƏR LENTİ
Dünən, 20:57