11 avq 10:02region

Özbəklər azərbaycanlıları Rusiya bazarlarından sıxışdırır

Özbəklər azərbaycanlıları Rusiya bazarlarından sıxışdırırÖzbəkistandan meyvə-tərəvəz məhsullarının Rusiyaya sistemli şəkildə çatdırlması, hansı ki, Voronej gömrüyü vasitəsilə həyata keçirilməsi planlaşdırılır, Rusiya bazarının ekzotik meyvələrə (nar, xurma, mandarin) olan ehtiyacını ödəməlidir.

Virtualaz.org bildirir ki, bunu jurnalistlərə "Uzbekozikovkatxoldinq" şirkətinin sədri Toxirjon Jalilov deyib və əlavə edib ki, bununla onlar Azərbaycandan olan təchizatçıları Rusiya bazarlarından sıxışdıracaqlar.

“Hazırda özbək məhsulları Azərbaycan sahibkarları tərəfindən alınır və Rusiya Federasiyasının ərazisində, xüsusən də onun mərkəzi hissəsində “öz məhsulları” adı ilə satılır. Çatdırılmanın sistemləşdirilməsindən sonra istehlakçı adət etmiş olduğu özbək məhsulunu birbaşa Özbəkistandan alacaq, amma həm vahid marka altında, həm də daha aşağı qiymətə”, - deyə Toxirjon Jalilov bildirib.

"Uzbekozikovkatxoldinq" – Rusiyaya Özbəkistandan meyvə-tərəvəz məhsullarının əsas təchizatçısıdır. UZaqro markası altında mal dövriyyəsinin ilkin mərhələdə 1 milyard dollara çatdırılması planlaşdırılıb.
loading...
Reklam
XƏBƏR LENTİ
15-08-2017, 10:51