10 avq 10:50region

İŞİD İranı yeni hücumlarla hədələyir

İŞİD İranı yeni hücumlarla hədələyir«İslam Dövləti» (İŞİD) ekstremist qruplaşması avqustun 9-da yaydığı videoda Tehranı yeni hücumlarla hədələyib və gənc iranlıları ölkələrinə qarşı çıxmağa çağırıb.

Videoda qara maskalı kişi əlində AK-47 avtomatıyla hədələyici tonda danışır. Videoda İŞİD-in «Amaq» xəbər agentliyinin loqosu və iyunda Tehrandakı iki hücumdan görüntülər əks olunub. Həmin hücumlara görə məsuliyyəti İŞİD üzərinə götürüb.

Farsca ləhcəylə danışan həmin şəxs Tehranın mərkəzində daha çox hücumlar vəd edir.

Videoda İraqdakı şiə hədəflərə qarşı da hücumlar təhdidi səsləndirilir.

Suriya və İraqdakı mövqeləri sarsıdılan bu sünni qruplaşma şiə İranını böyük düşməni sayır.

İyunun 7-də İŞİD-in İranda törətdiyi hücumlarda azı 18 nəfər həlak olub.

Həmin hücumlara cavab olaraq, iyunun 18-də İran İslam İnqilab Keşikçiləri Qvardiyası Suriyadakı İŞİD bazalarını vurub. İran həmin hücumlara bağlı onlarla adamın da həbs olunduğunu bildirib.
loading...
Reklam
XƏBƏR LENTİ
15-08-2017, 10:51