07 avq 17:51region

PKK Azərbaycanın bir addımlığında- Gürcüstanda da təşkilatlandılar

PKK Azərbaycanın bir addımlığında- Gürcüstanda da təşkilatlandılarPKK terror qruplaşması indi də qonşu Gürcüstanda təşkilatlanmağa başlayıb.

Bu barədə Beynəlxalq Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin sədri Göksəl Gülbəy məlumat verib.

Onun sözlərinə görə, qruplaşma Gürtcüstanda möhkəmlənib və fəaliyyətlə məşğuldur.

Gülbəyin iddiasına görə, PKK terror qruplaşması Gürcüstanın paytaxtı Tiflisdə ciddi təşkilatlanmaq niyyətindədir. Bundan başqa, Gürcüstanda Ermənistan hökuməti və diasporu tərəfindən dəstəklənən “Kürdüstan İttifaqı” da fəaliyyət göstərir. Ayrıca ətraflarına adam toplamaq üçün Gürcüstanda “Gilavej” (Sabah ulduzu” adlı jurnal da nəşr etdirilər.

Tiflisdə bu fəaliyyətləri həyata keçirən qruplaşmanın Gürcüstan üzrə səlahiyyətli nümayəndəsi Əbdürəhman Pəriyevdir. Pəriyevə məlumatların ötürülməsində Kürdüstan İnsan Hüquqlarının qorunması Birliynə” üzv olan Osman Baydəmir (kod adı Avroman) adlı şəxs kömək edir. Həmin şəxsin Türkiyədə axtarışda olmasına baxmayaraq Gürcüstanvə Ermənistan sərhəddindən rahat-rahat gedib-gələ bilir.

Göksəl Gülbəy bildirib ki, bizim bu ölkələrlə terror qruplaşmaları üzvlərinin təhvil verilməsi üzrə qarşılıqlı anlaşmamız var.

“Bəs niyə buna əməl edilmir? Qaradənizə onlar Gürcüstandan keçirlər. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında təlim keçdikdən sonra Gürcüstandakı yezidi kürdlərinin köməyi ilə ordan Qaradənizə gəlirlər. Ermənistan Diasporu Rizə və Artvində yaşayan hemşinlər üzərində də oyun oynayırlar. Hemşinlərin erməni olduqlarını deyib, təəssüf ki, onların bir qismini buna inandırılar. Bu hemşinlər PKK-ya dəstək verirlər. Hemşinliləri bu oyunu pozmağa çağırırıq”.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ