28 iyl 12:02region

FETÖ-nun qorxunc çevriliş planı – “Qəndil bombaları”

FETÖ-nun qorxunc çevriliş planı – “Qəndil bombaları”Türkiyədə 15 iyul hərbi çevriliş cəhdi zamanı “Akıncı” aviabazasından havaya qalxan F-16 qırıcıları lazer texnologiyalı 8 “ağıllı” bombadan istifadə etməli imiş.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin “Star” qəzeti informasiya yayıb.

Məlumata görə, Qəndildə terrorçulara qarşı tətbiq olunan “ağıllı” bombalarla paytaxt Ankaranı qana bulamaq istəyən FETÖ-nun planlarını Türkiyə Özəl Hərəkat polisi pozub. Həmin gecə “Akıncı” aviabazasına F-16 qırıcılarının enməsinin, helikopterlərin yanacaq tədarük etməsinin qarşısını almaq üçün yanacaq anbarı və aviabazanın eniş zolağı polis tərəfindən bombalanıb. Polis bombalanan ərazidən qırıcılara yüklənməyə hazırlanan həmin bombaları aşkarlayıb. Həmçinin ələ keçirilən xəritələrdə paytaxt Ankaranı qana bulayacaq dəhşətli bombaların atılacağı koordinatlar da müəyyən edilib.

Qeyd edək ki, son bir il ərzində Türkiyədə 32 min 180 nəfər çevriliş cəhdi ilə bağlı aparılan istintaq çərçivəsində dövlət vəzifəsindən kənarlaşdırılıb.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ