26 iyl 11:32region

Ərdoğan Almaniyanı casusluqda ittiham etdi!

Ərdoğan Almaniyanı casusluqda ittiham etdi!Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyip Ərdoğan Almaniyanı casusluqda ittiham edib və Berlinlə Brüsseli Ankaraya qarşı sanksiya tətbiq etməkdən çəkinməyə çağırıb.

«DW.com»-un xəbərinə görə, Ərdoğan bu bəyanatı alman hüquq müdafiəçisi Peter Ştoydnerin həbsini şərh edərkən səsləndirib.

«Qərb istyir ki, onun agentləri bizim ölkəmizdə sərbəst gəzib-dolaşsınlar, bizə ziyan vursunlar…» – deyə, Prezident qeyd edib və bildirib ki, Türkiyə hakimiyyəti «Qərbin agentlərini əlüstü ovlayır».

«Əgər onlar Türkiyəni təhdidlər və ticari məhdudiyyətlərlə qorxuda biləcəklərini düşünürlərsə, bilməlidirlər ki, özləri daha yüksək bədəl ödəməli olacaqlar» – deyə, Türkiyə lideri qeyd edib.

İyulun 5-də Türkiyədə alman hüquq müdafiəçisi Ştoydner saxlanıb. Onunla birlikdə bir İsveç vətəndaşı və 8 Türkiyə vətəndaşı, o cümlədən, «Amnesty International» beynəlxalq təşkilatının yerli şöbəsinin rəhbəri də həbs olunub.

Hökumətyönlü Türkiyə qəzetləri saxlanılanları casusluqda günahlandırıblar.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ