17 iyl 10:34region

"Ermənistan heç bir güzəştə getməyəcək" - Politoloq

"Ermənistan heç bir güzəştə getməyəcək" - PolitoloqMəhəmməd Əsədullazadə
politoloq

ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan XİN görüşündə Qarabağ konfliktinin həlli istiqamətində mümkün danışıqlar prosesini davam etdirilməsi razılaşdırılsa da il ərzində hər hansı bir müsbət irəliləyişləşlərin gözlənilmir. Bu görüşdə həmsədrlərin prezidentlərin görüşü təşəbbüsünü qaldırması, ilk növbədə payız aylarında cəbhə xəttində hərbi eskalasiyanın qarşısını almağa hesablanıb. Prinsip etibarilə Minsk qrupuda prezidentlərin görüşündən müsbət irəliləyişlər gözləmir.

Ermənistan prezidenti Serj Sarkisyan verdiyi müsahibədə payızda prezident İlham Əliyevlə görüşünü ola biləcəyini qeyd etsə də indidən öz qeyri-konstruktiv mövqe nümayiş etdirir. Belə görünür ki, Sarkisyan payızda gözlənilən görüşün nəticəsiz olacağını qeyd edir. Əgər nəticəsiz bir görüş olacaqsa, hesab edirəm ki, görüş xatirinə bu görüşə Azərbaycan qatılmamalıdır. Bu kimi manipulyasiya görüşlər Kremlin marioneti Sarkisyanın leyhinə işləyir. Erməni ictimaiyyətinə bir daha özünü kompromissiz və güzəştsiz obrazını yaratmaqla növbəti ildə Baş nazirliyə getmək istəyini formalaşdırır.

Artıq Rusiya XİN ilin sonuna kimi Ilham Əliyevlə Serj Sarkisyanın görüşünün keçirilməsi barədə müəyyən mətbuata məlumatlar verib. Görünür, Rusiyanın yeni həll planı var və tərəflərə təqdim etmək üçün belə bir görüşün keçirilməsini təşkil edir. Ümummiyyətlə ilin axırına qədər ərazilərin boşaldılması üçün Ermənistan heç bir güzəştə getməyəcək.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ