08 iyn 03:14region

Tehran hücumunu təşkil edənlər kimlərdir? – Rəsmi

Tehran hücumunu təşkil edənlər kimlərdir? – RəsmiTehranda ötəngünkü teraktı törədənlər əslən iranlılar olub.

Axar.az xəbər verir ki, bu barədə “Röyter” İranın Milli Təhlükəsizlik Şurasının sədr müavini Rza Seyfullaha istinadla məlumat yayıb.

R.Seyfullah bildirib ki, terrorçular İŞİD-ə bağlı İran sakinləridir.

Qeyd edək ki, ötən gün qadın paltarında olan 4 nəfər İran parlamentinin binasına hücum edib. Onlardan biri özünü partladıb.

Həmçinin imam Xomeyninin məqbərəsi önündə terakt həyata keçirilib. Terakt nəticəsində, son məlumata görə, 13 nəfər ölüb, 43 nəfər yaralanıb.

Terrorçuların hamısı məhv edilib.
loading...
XƏBƏR LENTİ
Dünən, 13:10