31 may 18:17region

Kişinyovda 28 May Respublika Günü və Azərbaycan-Moldova münasibətlərinin 25 illiyi qeyd edilib

Kişinyovda 28 May Respublika Günü və Azərbaycan-Moldova münasibətlərinin 25 illiyi qeyd edilibKişinyovda 28 May - Respublika Günü və Azərbaycanla Moldova arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunmuş qəbul keçirilib.

APA-nın Moldova müxbirinin verdiyi məlumata görə, tədbirdə Moldovanın dövlət rəsmiləri, o cümlədən Moldovanın hakim partiyasının sədri Vlad Plaxotnyuk, Moldovanın iqtisadiyyat, ədliyyə, səhiyyə, mədəniyyət, əmək və sosial müdafiə nazirləri, Moldova parlamentinin birinci vitse-spikeri və deputatlar, Moldovada akkreditə olunan səfirliklərin və beynəlxalq təşkilatların rəhbərləri və əməkdaşları, görkəmli siyasi və ictimai xadimlər, yerli media strukturların rəhbərləri, Moldovada Azərbaycan diasporunun üzvləri, ölkənin aparıcı iş adamları və digər qonaqlar iştirak ediblər.

Tədbirin əvvəlində Azərbaycanın və Moldovanın dövlət himnləri səsləndirilib, sonra qonaqlara Azərbaycanın tarixi-mədəni abidələrini, təbii mənzərələrini, adət-ənənələrini əks etdirən film nümayiş olunub.

Tədbirdə çıxış edən Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov müasir Azərbaycanın beynəlxalq arenada nailiyyətləri və uğurlarından söz açaraq, Azərbaycanın regionun aparıcı dövlətinə çevrilməsi, ölkədə hərtərəfli inkişafın, stabilliyin bərqərar olmasının ümummilli lider Heydər Əliyevin və prezident İlham Əliyevin uğurlu, uzaqgörən siyasəti nəticəsində əldə olunduğu barədə danışıb. Eyni zamanda, Azərbaycan-Moldova əməkdaşlığına toxunan səfir, Moldova ilə Azərbaycan arasında təntənəli dostluq və əməkdaşlıq münasibətlərin olduğunu vurğulayıb, Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq hüquq normalarına və prinsiplərə arxalanaraq, Moldova dövlətinin və xalqının Azərbaycanı dəstəklədiyini üçün təşəkkürünü bildirib.

Bununla yanaşı, diplomat son üç il ərzində Moldovada bütün sahələrdə aparılan islahatlar nəticəsində əldə olunan nailiyyətləri qeyd edərək, Azərbaycanın dost ölkənin uğurlarına sevindiyini bildirib.

Moldova xarici işlər və Avropaya inteqrasiya nazirinin müavini Lilian Dariy Azərbaycan ilə Moldovanı ölkələrin müstəqilliyi yolunda eyni uğurlar və eyni bəlaların birləşdiyini qeyd edərək, hər iki ölkənin yaxın zamanda ərazi bütövlüyü və suverenliyi çərçivəsində beynəlxalq hüquq normalarına uyğun mövcud olan münaqişələrin sülh yolu ilə həllinə ümidvar olduğunu bildirib. Həmçinin, o Moldova ilə Azərbaycanın beynəlxalq təşkilatlar, o cümlədən BMT, Avropa Şurası, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurlu əməkdaşlığını vurğulayıb.

Sonra bir çox beynəlxalq müsabiqələrin laureatı Vitali Maçunski görkəmli Azərbaycan mədəniyyət xadimi Müslüm Maqomayevin repertuarından mahnılar ifa edib, sonda qonaqlara ziyafət verilib.
Kişinyovda 28 May Respublika Günü və Azərbaycan-Moldova münasibətlərinin 25 illiyi qeyd edilib
loading...
XƏBƏR LENTİ
21-05-2018, 21:24