27 may 18:48region

Astanada II Beynəlxalq “Böyük Çöl” Humanitar Forumu keçirilib

Astanada II Beynəlxalq “Böyük Çöl” Humanitar Forumu keçirilibQazaxıstanın paytaxtı Astanada Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı, Türk Tarix Qurumu və TİKA-nın dəstəyi ilə II Beynəlxalq “Böyük Çöl” Humanitar Forumu keçirilib. Forumda türkdilli dövlətlər arasında elmi inteqrasiya, türk ədəbiyyatı və dillərinin tədqiqi, tarix, arxeologiya, etnoqrafiya və digər sahələrdə müasir tendensiyaların və inkişaf meyllərinin öyrənilməsi müzakirə olunub.

Dünyanın müxtəlif ölkələrindən 300-ə yaxın alim və tədqiqatçının qatıldığı tədbiri açıq elan edən Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali forumun əsas məqsədinin Türk dünyasının mədəni dəyərlərinin bəşəriyyətin inkişafındakı yeri və rolunu müzakirə etmək, mütəxəssisləri bir araya gətirərək elmi əməkdaşlığı və informasiya mübadiləsini gücləndirmək, qlobal və regional problemlərin həllinə yardım göstərə biləcək təkliflər hazırlamaq olduğunu bildirib.
Qazaxıstanın Dövlət katibi Gülşara Abdikalikova Prezident Nursultan Nazarbayevin Foruma ünvanladığı təbrik məktubunu oxuyub.

Astanada II Beynəlxalq “Böyük Çöl” Humanitar Forumu keçirilibTürkologiyanın inkişafı və türkdilli dövlətlər arasında elmi inteqrasiyanın inkişafındakı xidmətlərinə görə, Tatarıstanın və Rusiyanın nüfuzlu elm xadimi Mirfatih Zəkiyev, Qazaxıstanın elm və dövlət xadimi Mirzatay Joldasbekov Türk Akademiyasının qızıl medalı ilə təltif olunublar.

UNESCO, İSESCO, İqtisadi Əməkdaşlıq Təşkilatı Elm Fondu, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, TürkPA, TÜRKSOY, eyni zamanda digər qurumların rəhbərləri və təmsilçilərinin qatıldığı forum daha sonra müxtəlif panellər üzrə işini davam etdirib. “Mənəvi oyanışın yolları”, “Elmi inteqrasiya və ortaq dəyərlər”, “Tarixi yaddaş və gələcəyə baxış”, “Türk ədəbiyyat ənənələri və müasir durum”, “Türk dillərinin tədqiqi və qorunması” kimi bölmələrdə müzakirələr aparılıb.

Astanada II Beynəlxalq “Böyük Çöl” Humanitar Forumu keçirilibAzərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun direktoru, İctimai Televiziyanın Yayım Şurasının sədri, akademik Muxtar İmanov “Mifoloji düşüncədə içtərəfli qarşılaşdırma və bədii ədəbiyyatda obrazın ikiləşməsi problemi”, siyasi elmlər fəlsəfə doktoru Asif Usubəliyev “Türkdilli dövlətlərin mədəni siyasətində dəyərlərin üstünlüyü”, Azərbaycan Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitutundan filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov isə “Müstəqillik illərində Azərbaycan-qazax ədəbi əlaqələri” mövzusunda məruzə ilə çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, elm adamlarının birgə layihələr həyata keçirməsi, bütün dünyadan türkoloq alimlərin bir araya gəlib, eyni mənəvi irsi bölüşməyi öyrənmələri baxımından forumun böyük əhəmiyyəti var

Forumun sonunda bəzi sahələr üzrə ortaq daimi komitələrin yaradılması və birgə layihələr həyata keçirilməsi barədə razılıq əldə olunub.
Astanada II Beynəlxalq “Böyük Çöl” Humanitar Forumu keçirilib
Astanada II Beynəlxalq “Böyük Çöl” Humanitar Forumu keçirilib
loading...
XƏBƏR LENTİ
22-06-2018, 15:27