18 may 10:48region

Toyda bəy və gəlinə qandal vuruldu

Toyda bəy və gəlinə qandal vurulduTürkiyənin Aydın vilayətində bəy və gəlin toyun yaddaqalan olması üçün maraqlı üsula əl atıb.

Kult.az xəbər verir ki, sözügedən vilayətdə polis olaraq çalışan Əmrə Özçəlik gələcək həyat yoldaşı Sırma Kamakla qollarına qandal vurub.

Çeştəpə nigah salonunda baş tutan evlilik mərasiminə Aydın Təhlükəsizlik Şöbəsinin müdiri Qadir Erciyes şahidlik edib.

O, simvolik olaraq pul qabını gəlinə təhvil verib.

Qeyd edək ki, toyun sonuna qədər bəy və gəlin qandalı qollarından çıxarmayıblar.
loading...
Reklam
XƏBƏR LENTİ
22-07-2017, 11:12