18 may 10:43region

Azərbaycan yeni hücum taktikasına keçməlidir

Azərbaycan yeni hücum taktikasına keçməlidirİki gündür erməni tərəfi daha da fəallaşıb. Atəşkəsin bu şəkildə intensiv pozulması artıq müharibə deməkdir, döyüş vəziyyətidir.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Elman Məmmədov deyib. Millət vəkili erməni təxribatlarının arxasında müxtəlif məqsədlərin dayandığını bildirib:

“Burada siyasi, hərbi və başqa məqsədlər də var. Başda Sərksiyan olmaqla, cinayətkar rejim, hərbi xunta cəmiyyət arasında nüfuzunu gücləndirmək üçün belə hərəkətlərə əl atır.

İkincisi, Ermənistan KTMT üzvlərinin diqqətini cəlb etmək niyyəti güdür, ancaq heç cür buna nail ola bilmir. Fikir verirsinizsə, atəşəkəs ən çox Ermənistan-Azərbaycan sərhədində pozulur. Ermənistan bunu bilərəkdən edir. Son iki gündə baş verən təxribatlar isə ermənilərin növbəti hiyləsidir”.

Millət vəkli hesab edir ki, ermənilərin pozucu fəaliyyətinin qarşısının alınması üçün Azərbaycan yeni hücum taktikasına keçməlidir:

“Cəbhədə baş verənlərə son qoymaq üçün bir yol var: işğalçı dövlətin ordu birləşmələri Azərbaycan torpaqlarından çıxarılmalıdır. 30 ilə yaxındır ki, ərazilərimizdə kök salmış cinayətkar hərbi qurumlar artıq ərazilərimizdən təmizlənməlidir. Qeyri-qanunu yolla fəaliyyət göstərən separatçı qurum məhv edilməli, bütün üzvləri Azərbaycan qanunları ilə cəzalandırılmalıdır. Azərbaycan-Ermənistan sərhədi 1988-ci il vəziyyətinə gəlib çıxandan və bir nəfər işğalçı belə qalmayandan sonra bu təxribatların da kökü kəsiləcək”.

E.Məmmədovun sözlərinə görə, ermənilərin cəbhədə fəallaşmasının digər mühüm səbəbi həmsədrlərin prezidentlərin görüşünü təşkil etmək istəməsi ilə bağlıdır:

“Məqsəd danışıqlar prosesini əngəlləməkdir. Bunun üçün də İrəvan çoxşaxəli hiylələrə əl atır. Bir məqamı xüsusilə vurğulamaq istəyirəm: ÜAK-ın qeydiyyatının ləğvi və son iki gündür cəbhədə baş verənlər özbaşına deyil, məqsədlidir. Hər iki hadisə Azərbaycana qarşı bir mərkəzdən istiqamətlənir. Azərbaycanı bu üsullarla təxribata çəkmək, böyük güclərin dediyi ilə oturub-durmağa məcbur etmək istəyirlər. Azərbaycan heç vaxt buna tabe olmayıb və olmaycaq da. Ölkəmiz müstəqil siyasət yürüdür və bundan sonra təkcə erməni təxribatlarının qarşısını almaqla məşğul olmayacaq, yeni hücum taktikasına keçəcək. Ermənilərə elə zərbə vurulacaq ki, o yerlərdə bir erməni belə qalmayacaq”.

Qeyd edək ki, mayın 15-də cəbhənin Füzuli-Xocavənd istiqamətində Ermənistan hava hücumundan müdafiə qoşunlarına məxsus OSA zenit-raket kompleksi hərbi qulluqçular tərəfindən müdafiənin ön xəttində yeni mövqeyə çıxarılaraq, hava məkanını nəzarətə götürməyə cəhd göstərilib.

Azərbaycanın uçuş aparatlarına yaranan real təhlükənin və düşmənin aktivliyinin qarşısını almaq məqsədilə Ermənistanın OSA zenit-raket kompleksi və nəqliyyat-doldurucu maşını atəşlə tam sıradan çıxarılıb, şəxsi heyəti məhv edilib.

16 may axşam saatlarından başlayaraq isə gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam istiqamətində mövqelərimizi və müdafiəmizin dərinliyində yaşayış məntəqələrimizi müxtəlif çaplı minaatanlardan intensiv atəşə tutub.
loading...
Reklam
XƏBƏR LENTİ
22-07-2017, 11:12