17 may 17:45region

Türkiyədə güllələnən çempionumuz danışdı

Türkiyədə güllələnən çempionumuz danışdıTürkiyənin Kastamonu şəhərində yaralanan tanınmış idmançımız, kikboksinq üzrə dünya, Uşu üzrə Avropa çempionu Eldar Əlizadə Ölkə.az-a danışıb.

Hazırda reanimasiyada olan idmançı baş verənlər ölkə mətbuatında düzgün yazılmayıb:

"Deyildiyi kimi, hadisə yerində altı yox, dörd nəfər olub. İki nəfər biz, iki nəfər isə qarşı tərəf. Bələdiyyə başkanı Tahsin Babaş orada olmayıb. Mən burada həm təhsil alıram, həm də bələdiyyə başkanının mühafizəçisi olaraq çalışıram. Qeyd etdiyim kimi atışma zamanı dörd nəfər orada olub. Yazılanlarda xeyli yanlışlıqlar var. Qarşı tərəfdən də iki nəfər yaralanıb. Mən kürəyimdən bir güllə yarası almışam".

İdmançımız hadisəni belə xatırladığını bildirib:

"Başqan və mühafizəçilər barədə mediada xoşagəlməz məlumatlar paylaşmışdılar. Biz də bildirdik ki, xoşluqla həmin məlumatları çıxarın. Onlar isə üstümüzə silahla gəldilər və biz də məcbur olub atışdıq. Sıxışıq bir yerdə atışma oldu. Atışma zamanı 30 güllə atılıb. Mən silahsız idim. Şükür ki, dinc sakinlərdən yaralanan olmadı".

Qeyd edək ki, mətbuatda silahlı hücum zamanı bələdiyyə sədri Tahsin Babaşın da hücuma məruz qaldığı bildirilirdi.
loading...
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Dünən, 11:01