28 mar 11:28region

Məktəbdə dəhşət: Qadın müəllim 15 yaşlı qız şagirdini zorlayıb

Məktəbdə dəhşət: Qadın müəllim 15 yaşlı qız şagirdini zorlayıbRiyaziyyat müəllimi olan 40 yaşlı qadın 14 yaşlı qız şagirdinə cinsi təcavüz edib.

Cebhe.info xəbər verir ki, hadisə Türkiyənin paytaxtı Ankarada baş verib. Hadisəni qızın anası aşkarlayıb. O, qızının telefonuna baxarkən müəllimin çılpaq fotolarını və videogörüntülərini görüb. Bundan sonra qadını şikayəti ilə əlaqədar məsələ araşdırılıb və dəhşətli həqiqət ortaya çıxıb.

Prokurorluq orqanlarında aparılan araşdırma göstərib ki, qadın müəllim qız şagirdi ilə əlaqədə olub. Ancaq şagird müəllimi ilə “səmimi bir əlaqədə” olduğunu, onun evində qaldığını bildirərək, şikayətçi olmadığını deyib.

Zərərçəkənin yaşı 15-dən az olduğuna görə prokurorluq araşdırmanı davam etdirib. Qadın müəllim H.K.Y. isə təcavüz olayı aşkara çıxdıqdan sonra intihara cəhd edib. O, ifadəsində şagirdlə aralarında cinsi alaqə olduğunu inkar edib: “Video və fotolarımı göndərməmi o özü istədi. Niyə göndərdiyimi bilmirəm, amma heç bir cinsi münasibət olmayıb”.

Ancaq prokurorluğun hazırladığı ittihamnamədə müəllimənin 14 yaşlı qız şagirdini bərabər getdikləri ticarət mərkəzini ayaqyolunda və hətta maşının işində cinsi istismara məriz qoyduğu üzə çıxıb. Müəllimin 45 il həbsi tələb olunur.
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ