28 apr 10:40region

Telman İsmayılov 8 qətlin sifarişçisidir - İttiham

Telman İsmayılov 8 qətlin sifarişçisidir - İttiham Moskvanın Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılovun 8 sifarişli qətli yerinə yetirən cinayətkar qrupla əlaqəsi aşkar olunub.

AzNews.az Rusiya KİV-nə istinadən xəbər verir ki, cinayətkar qrupun üzlərindən biri Harri Belotserkovskiy İsmayılov əlehinə ifadə verib. Əməliyyat qrupu ilə iş birliyinə söz verən Belotserkovskiy 2000-2060-cı illərdə qrupunun 8 sifarişli qətli yerinə yetirdiyi və bu qətillərdə azərbaycanlı milyarderin də əlinin olduğunu bildirib.

Belotserkovskiy “Praqa” restoranında Telman və Rafiq İsmayılovların avtoritet Andrey Lobanovun qətlinin təşkili barədə söhbətlərində iştirak etdiyini iddia edib. Bu sözhbətdən sonra Andrey Lobanov güllələnib.

Rusiya mətbuatının iddiasına görə, ittihamlara cinayətkar qrupla əlbir olmaq barədə ittiham da əlavə edilə bilər. Rafiq İsamyılov hazırda həbsdədir və ona qarşı ittihamlar irəli sürülüb. Telman İsmayılovun digər qardaşı, əvvəllər Rusiya Daxili İşlər Nazirliyində çalışan Vaqif İsmayılov barəsində isə axtarış elan edilib.

Hazırda Telman İsmayılovla bağlı məsələ müzakirə edilir, onun barəsində də axtarış elan olunması istisna deyil.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ