14 apr 17:45region

"Azərbaycanın əks hücumları baş verərsə..." - Politoloq

"Azərbaycanın əks hücumları baş verərsə..." - PolitoloqMəhəmməd Əsədullazadə

politoloq

Cənubi Qafqaz regionu yenidən qaynar fazaya daxil olur. Gürcüstanın Cənubi Osetiya bölgəsində qondarma referendum və seçkilər, NATO baş katibinin Gürcüstana gözlənilən səfəri, nəhayət Rusiya XİN başçısı Sergey Lavrovun Cənubi Osetiya səfəri regionda gərginliyi artırmaqdadır. Artıq, Gürcüstanda Rusiyanın mümkün hücumlarından müdafiə üçün peşəkar və müasir ordu yaradır. Regionda siyasi təhlükəsizliyi ciddi təhdid edən ən əsası faktorlardan biri şübhəsiz Ermənistanın Azərbaycana qarşı davam etməkdə olan işğalçı siyasətidir. Məhz Rusiyanın bilavasitə dəstəyi ilə Qarabağ münaqişəsinin həllində irəliləyiş yoxdur. Və, status-kvonun saxlanması, birbaşa rəsmi Kremlin geosiyasi maraqlarına cavab verməkdədir.

Artıq, ATƏT-in Minsk qrupunun səyləridə tükənib və Ermənistan danışıqlardan çəklilib. Münaqişə ətrafında bu sakitlik, baş verə biləcək müharibə ehtimalını artırır. Ermənistanda keçirilən parlament seçkilərində Serj Sarkisyanın partiyasınln yenidən hakimiyyətdə qalması, münaqişənin həllində hər hansı kompromisi və danışıqları sual altına qoyur. Qeyd etmək lazımdır ki, Qarabağ münaqişəsi ətrafında bu nisbi diplomatik fəaliyyətsizlik, cəbhədə silahların yenidən fəaliyyəti ilə nəticələnəcək. Artıq, Azərbaycan ordusu təlimlərə başlayıb. Təlimlərə 30 min nəfərədək şəxsi heyət, 250-dən artıq tank və zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 25 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunacaq. Qeyd edim ki, bu təlimlər Cənubi Qafqazda irimiqyaslı təlimdi. Ermənistan bu təlimlərdən nəticə götürməlidir. Hazırda Ermənistan da Ağdamın Uzundərə ərazisində kiçik təlimlər həyata keçirir.

Azərbaycan ordusunun təlimləri Ermənistanın bu kimi təlimlərini kölgədə qoyur. Buna baxmayaraq, Ermənistan da işğal etdiyi ərazilərdə yeni silah və artilleriya sistemləri yerləşdirir. Rəsmi Yerevanın bu kimi hərbi hərəkətliliyi regionda yenidən müharibə ehtimalını artırır. Və, Azərbaycanın əks cavab zərbəsinə zəmin yaradır. Ermənistanda siyasi vəziyyət mürəkkəb olaraq qalır. Azərbaycanla mümkün müharibə ehtimalından xalq çox çəkinir, həmçinin Ermənistan müxalifəti. Erməni ictimai-siyasiləri işğal olunmuş ərazilərin boşaldılmasını dilə gətirir. Amma, Qarabağ kartından istifadə edən Rusiya və Sarkisyan partiyası hələki, danışıqları sabotaj etməkdədir.

Ermənistanın Agdamda hərbi təlimləri bir başa vəziyyəti gərginləşdirməyə xidmət edir. Ermənistan hakimiyyəti sülh danışıqlarında görünür maraqlı deyil. Təbii ki, buna rəvac verən Rusiyadır. Rusiya Ermənistana havadan müdafiə silahlarının son modelini verib. Ötən il aprel eskalasiyasında Azərbaycanın güclü PUA qarşısında aciz qalan işğalçı ölkənin yardımına yenə Rusiya çatdı. Rusiyanın bu davranışları ATƏT Minsk qrupundakı fəaliyyətinə ziddir. Beynəlxalq təşkilatlar və ATƏT Ermənistanın hərbi təlimlərinə heç bir reaksiya vermir. Azərbaycanın əks hücumları baş verərsə, artıq gec olacaq.

Qeyd edim ki, cəbhə xəttində vəziyyət mürəkkəbdir. Bu, regional təhlükəsizliyə təhdid olaraq qalır. Buna baxmayaraq, ATƏT və digər təşkilatlar susqunluq nümayiş etdirirlər.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Bu gün, 13:46