03 apr 15:17region

"Müxalifətin mitinq keçirməsi, istisna deyil" - Politoloq

"Müxalifətin mitinq keçirməsi, istisna deyil" - PolitoloqMəhəmməd Əsədullazadə
politoloq

Ermənistanda parlament seçkilərində gözlənildiyi kimi, Serj Sarkisyanın rəhbərlik etdiyi "Respublika" partiyası "qalib" gəldi. Təbii ki, Sarkisyan əlində olan inzibati metodlarnan bu seçkini öz leyhinə formalaşdırmağa nail oldu. Hakimiyyətdə qalmaq üçün Baş nazir postuna gəlməsi isə qaçılmazdır. Bu seçkidə əsas müxalifət olan Levon Ter Petrosyanın "Milli Konqrensi" və Seyran Ohanyanın rəhbərlik etdiyi "Ohanyan" blokunun parlamentdə düşmək üçün 5% marjanı keçə bilməyib. Amma hakim partiyaya yaxın olan Gaiq Tsarukyanın rəhbəri olduğu"Çarukyan" bloku isə Respublika partiyasından sonra ikincidir.
Ermənistanda seçkinin son nəticəsinə əsasən Sərkisyan qalibdir.

Ermənistanın Mərkəzi Seçki Komissiyası bu gün keçirilən seçkilərin ilkin nəticələrini açıqlayıb.

Ermənistan MSK indiyə qədər bülletenlərin 6,15 faizinin açıldığını qeyd edib.6,15 faiz bülletenin nəticələrinə əsasən, Sərkisyanın Respublika Partiyası 54,57 faizlə liderdir.

“Çarukyan” bloku 25,73 faiz, Daşnaksütyun 8,63 faiz, “Çıxış” (Yelk) bloku 4,03 faiz səs yığıb.
Daha sonrakı yerləri Çiçəklənən Ermənistan Partiyası (2,92%), Ohanyan-Raffi-Oskanyan bloku (1,94%), Ter-Petrosyanın lideri olduğu Ermənistan Milli Konqresi (1,14%), Azad Demokratlar Partiyası (0,57%) və Kommunist Partiyası (0,46%) tutur.

Ermənistan Mərkəzi Seçki Komissiyası səslərin təxminən 88%-ni hesablayıb.

Hakim Respublika Partiyası seçicilərin 49,06%-nin səslərini toplayıb. Ondan sonrakı yeri isə 27,58% səslə Çarukyan bloku tutur. Növbəti yerlərdə isə Yelk bloku (7,69%), Daşnaksütyun Partiyası (6,61%), Erməni Oyanışı Partiyası (3,71%), Ohanyan-Raffi-Oskanyan bloku (2,08%), Erməni Milli Konqresi bloku (1,62%), Azad Demokratlar Partiyası (0,9%) və Ermənistan Kommunist Partiyası (0,74%) qərarlaşırlar. Ölkədə kifayət qədər böyük nüfuza malik olan Seyran Ohanyan və Levon Ter Petrosyanın parlamentə buraxılmaması, Sarkisyanın bu iki nüfuzlu şəxslə koalisiya hökuməti yaratmamaqdan irəli gəlir. Həmçinin özünə kifayət qədər rəqib görür. Bu iki şəxs parlamentə buraxılsaydı, Sarkisyanın devrilməsi labüd olardı. Ona görədə Sarkisyan özünə liyal olan şəxsləri parlamentə buraxdı, növbəti illərdə hakimiyyəti öz əlində saxlasın. Müxalifətin mitinq keçirməsi, istisna deyil. Nəzərə alaq ki, Levon və Ohanyanda Moskvaya bağlı şəxslərdi.Onların mitinqləri böyük siyasi çaxnaşmaya səbəb ola bilər. Moskvanın buna imkan verməməsi gözlənilir.
loading...
XƏBƏR LENTİ