03 apr 09:46region

Moskvanın təkzib etdiyi Qarabağ – Planı

Moskvanın təkzib etdiyi Qarabağ – PlanıRusiya Xarici İşlər naziri Lavrov təkzib etsə də, əslində, Rusiyanın Qarabağla bağlı müəyyən planı var.

Bu sözləri Axar.az-a açıqlamasında diplomat, politoloq Fikrət Sadıqov deyib. Politoloq bildirib ki, Rusiya hazırda sanki Ermənistanın mövqeyini yumşaltmağa çalışır:

“Rusiya Xarici İşlər naziri Lavrov təkzib etsə də, əslində, Rusiyanın Qarabağla bağlı müəyyən planı var. Biz Rusiyanın mövqeyinin nədən ibarət olduğunu bilirik. İndi bəyan edirlər ki, bəzi gizli məqamlar var və ona görə də detalları açıqlamırlar. Söhbət ondan gedir ki, əgər bundan əvvəl guya Dağlıq Qarabağı bir dövlət qurumu kimi tanımaq məsələsi gündəmdəydisə, indi bunu yumşaltmaq istəyirlər ki, ermənilər daha sərt mövqeylə çıxış etməsinlər və müəyyən güzəştlər etsinlər. Bu, hələlik mümkün deyil. Çünki əvvəla, Ermənistana kifayət qədər təzyiq göstərilmir. İkincisi, İrəvan xarici və daxili amillərlə bağlı olaraq özlüyündə mövqeyini dəyişməyəcək”.

Poitoloq onu da əlavə edib ki, əgər amerikalı həmsədrin Qarabağa dair həll planı realdırsa və sülh yaratmaq naminə regionda təhlükəsizliyi təmin edəcəksə, onda plan həyata keçə bilər:

“Bir şərtlə ki, Ermənistan artıq açar dövlətlərin təzyiqlərini hiss etməlidir. İrəvan ancaq güc amilini dərk edir. Aprel hadisələri bunu təsdiq etdi. Dağlıq Qarabağ Azərbaycanın tərkib hissədir və biz bu mövqedən çıxış edirik. Hər halda güzəştə getdiyimiz mövqe ondan ibarətdir ki, ermənilər öz qoşunlarını torpaqlarımızdan çıxardıqdan sonra status məsələsi ilə bağlı müzakirələri davam etməyə hazırıq. Bu, Azərbaycanın prinsipial mövqeyidir”.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ